İşğal etdiyi ərazilərdən çəkilməyən Ermənistan bununla kifayətlənməyərək növbəti dəfə Azərbaycana hücum etdi, amma bu dəfə çox ağır cavab aldı, Azərbaycan uğurlu əks hücum əməliyyatları başlatdı.
Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı deyib.
Ərdoğan bildirib ki, Türkiyə bütün imkanları ilə Azərbaycanın yanında olacaqdır: "İnşallah bu əməliyyatlar işğal olunmuş bütün topraqlar azad olunanadək davam edəcək".