Ermənistan tərəfindən raket zərbələri bu ölkənin hərbi doktrinasının aqressiv xarakterini nümayiş etdirdi.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter” səhifəsində yazıb.
O bildirib ki, qoşunların təmas xəttində vəziyyətin gərginləşməsinədək Ermənistan Azərbaycanın enerji infrastrukturuna, xüsusilə də Mingəçevir su anbarına raket zərbələri ilə təhdid edirdi:
"Son dövrlərdəki raket zərbələri bu ölkənin hərbi doktrinasının aqressiv xarakterini nümayiş etdirdi”.