Hindistan hökuməti orduya müharibə vəziyyətində 15 günlük döyüş aparmaq üçün lazım olan silah və sursat ehtiyatlarını artırmağa icazə verib.
Bu barədə "Times of India” qəzeti rəsmi mənbələrə istinadən xəbər yayıb.
"Şərqi Ladaxda Çinlə hərbi qarşıdurma kontekstində Hindistan ordusuna silah və sursat ehtiyatlarını artırmağa icazə verilib, bu da 15 gün ərzində iki cəbhədə - Çin və Pakistana qarşı intensiv hərbi əməliyyatların aparılmasını nəzərdə tutur. Silahlar xarici və Hindistan istehsalçılarından alınacaq”, - deyə bildirilir.
Mənbələrə görə, Hindistan ordusu artıq tanklar və topçular üçün çox sayda raket və mərmi alıb.
Hindistan və Çin arasındakı sərhəddə Hindistan birliyinin ərazisi olan Ladaxın şərq hissəsindəki vəziyyət iki ölkənin hərbi qüvvələri arasında may və iyun aylarında baş verən qarşıdurmalardan sonra daha da pisləşib.
Ən azı 20 Hindistan və 45 Çin əsgərinin öldürüldüyü bildirilib. Bundan sonra Yeni Delhi və Pekin qoşunlarının bölgədəki konsentrasiyasını artırıblar. İndi Ladaxda 50 min Hindistan və təxminən eyni sayda Çin həbçisi var.