Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar NATO-ya üzv dövlətlərin Müdafiə nazirlərinin onlayn formatda keçirilən iclasında iştirak edib.
Sabahinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iclasda Azərbaycanla Ermənistan arasındakı son hadisələr də diqqət mərkəzində olub.
"Sülh və sabitliyin təmin edilməsi üçün nələrin edilməsinin lazım olması barədə fikirlərimizi səsləndirmək fürsətimiz oldu. Bizim tutduğumuz əsas mövqe – Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olması üçün əsas şərt Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmasıdır. Bu fikri danışıqlar zamanı dilə gətirdik”, - nazir vurğulayıb.
Akar Türkiyənin Azərbaycanın haqlı mövqeyini birmənalı şəkildə dəstəkləməsini iclas zamanı dəfələrlə təkrar etdiyini diqqətə çatdırıb.