İranİslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyyid Əli Xameneinin səhhətinin pisləşməsi barədə yayılan xəbərlər rəsmən təkzib edilib.
Bu barədə "RİA Novosti” xəbər yayıb.
Bundan əvvəl sosial şəbəkələrdə Ayətullah Xameneinin səhhətinin pisləşməsi və bununla əlaqədar səlahiyyətlərini təhvil verdiyi barədə məlumatlar yayılmışdı. Mövzu bəzi KİV-də qaldırılmışdı.
"Fars” agentliyi bazar ertəsi rəsmi mənbəyə istinadla Ayətullah Seyyid Əli Xameneinin səhhətinin yaxşı olduğunu və öz işinin başında olduğunu deyərək, yayılan məlumatları təkzib edib.
Bundan əlavə, IRIB televiziya və radio şirkəti İslam Respublikasının Ekspertlər Şurasının (ruhani lideri təyin etmək hüququ olan qurum) iclasından görüntülərin sosial şəbəkələrdə paylaşıldığını xəbər verib. Televiziya və radio şirkəti kadrları və xəbəri saxta adlandırıb.