Koronavirusun ağır şəkildə inkişaf riski gəzinti sürəti və artıq çəki ilə əlaqəlidir. Britaniyalı alimlər bu qənaətə gəliblər.
Tədqiqatların nəticələri "medRxiv” portalında dərc olunub.
Alimlər400 mindən çox britaniyalının sağlamlıq vəziyyətinə dair məlumatları təhlil ediblər. Nəticədə, piylənmədən əziyyət çəkən insanların koronavirusu ağır formada keçirmə ehtimalının digərlərinə nisbətdə 49 faiz daha yüksək olduğu qənaətinə gəlinib.
Bununla yanaşı, mütəxəssislər, fiziki bədən göstəricilərindən asılı olmayaraq, yavaş-yavaş gəzən insanların daha çox riskə məruz qaldıqlarını öyrəniblər. Belə ki, saatda 4,8 kilometr sürətlə hərəkət edən normal çəkili insanlar, saatda 6,4 kilometr sürətlə hərəkət edənlərə nisbətən COVID-19-u daha ağır formada keçirmə riski ilə üz-üzədir. Beləliklə, elm adamları piylənmə dərəcəsindən asılı olmayaraq, yerimə tempinin də risk faktoru olduğunu vurğulayıblar.