Qarabağ münaqişənin həlli üçün formatıAzərbaycan və Ermənistan müəyyən etdi, üçtərəfli bəyanatın iştirakçılarının tərkibi məhz bu amilə əsaslanlıb.
"RİA Novosti” xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrovİran KİV-rinə açıqlamasına bildirib.
"İndi tənzimləməyə kimin kömək edə bildiyini və ya bilmədiyini düşünməməliyik. Yenidən vurğulayım ki, formatıAzərbaycan və Ermənistan seçib. Bəyanatda iştirak edənlərin tərkibini müəyyənləşdirən başqa bir şey olmayıb. Bunu İranın və ya Türkiyənin hesabına etmək cəhdləri olmayıb, ola da bilməzdi. İndi əldə edilən bütün razılaşmaları sona çatdıra bilmək və qarşıdurma bölgəsində birlikdə yaşamaq, ən yaxşısı isə yaxşı qonşuluq və işbirliyinə necə çevirəcəyimizi düşünmək daha vacibdir”, - deyə rusiyalı nazir İranın sülh planına niyə əhəmiyyət verilmədiyi sualına aydınlıq gətirib.
"Dağlıq Qarabağ məsələsində bizi qan tökülməsinə son qoymaq istəyi hərəkətləndirdi. Münaqişə tərəfləri - Azərbaycan və Ermənistan - Rusiya Federasiyasının vasitəçiliyi ilə bunu etməkdə maraqlı olduqlarını bildirdilər. Heç bir "gizlin” düşüncə yoxdur. Yeri gəlmişkən, Rusiya Xarici İşlər naziri vəzifəsində işlədiyim dövrdə iranlı həmkarlarımızla çoxsaylı danışıqlar zamanı Qarabağ mövzusunun maraq doğurduğu xatırlamıram”, - Lavrov əlavə edib.
O, İranın narahatlığının başa düşülə biləcəyini qeyd etdi, çünki Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşması İranın tranzit maraqlarına təsir göstərəcək.
"Uzun illərdir hamı tərəfindən təsdiqlənən əsas prinsipdən imtina etmək mümkün deyil: münaqişənin nəticəsi bütün bölgədəki münasibətlərin normallaşması olmalıdır. Azərbaycan, Rusiya Federasiyası və Ermənistan liderlərinin birgə bəyanatında İranın təşəbbüsünüehtiva edən əsas istiqamətlər dəaçıq şəkildə ifadə edilib”, - deyə o, bildirib.