Çox təşəkkürlər edirəm cənab Prezident! Can Azərbaycanın dəstəyinə heç vaxt şübhəmiz olmadı. Türkiyə də həmişə tərəddüdsüz Azərbaycanın yanında olacaq.
Trend xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu "Twitter” sosial hesabında Prezident İlham Əliyevin sentyabrın 2-də Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən ifadə etdiyi "Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik” fikrinə belə bir şərh yazıb.
Nazir, həmçinin ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət” ifadəsini xatırladaraq dövlət bayraqlarımızın qoşa təsvirini də paylaşıb.