NATO Dağlıq Qarabağ münaqişəsində tərəf deyil.
Trend-in məlumatına görə, bunu təşkilatın baş katibi Yens Stoltenberq Ermənistan prezidenti Armen Sarkisyanla birgə mətbuat konfransında deyib.
O, bunu Ermənistan prezidentinə xatırlatdığını vurğulayıb:
"Mən prezidentə xatırlatdım ki, NATO bu münaqişədə iştirak etmir. NATO atəşkəs rejiminin davamlı pozulmasından və insan itkilərindən dərin narahatlığını bildirir. Döyüş əməliyyatlarının başa çatması NATO üçün və beynəlxalq təhlükəsizlik üçün vacibdir, dinc həll yolu tapılmalıdır. Dinc sakinlərə istənilən hücumlar qəbuledilməzdir və dayandırılmalıdır. Bütün tərəflər münaqişənin siyasi həllinin tapılması üzərində işləməlidir”.