"Rusiyanın Qarabağla bağlı mövqeyi son dörd il yarımda dəyişməyib”.
Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İctimai televiziyasına müsahibəsi zamanı bildirib.
"Hazırda baş verənlər, xüsusilə sülhməramlıların iştirakı (Qarabağda) 4.5 il bundan əvvəl də Rusiya yanaşmasının bir hissəsi idi. Ermənistan və Rusiya arasında münasibətlər Moskvanın Qarabağla bağlı mövqeyini dəyişmir”, - deyə N.Paşinyan bildirib.
"Bizim Rusiya ilə normal, işgüzar münasibətlərimiz olub, var və olacaq”, - deyə N.Paşinyan qeyd edib.
Rusiya lideri ilə münasibətləri haqqında suala isə Ermənistan baş naziri belə cavab verib:
"Şəxsi səviyyədə mənim Prezident Putinlə işgüzar və yaxşı münasibətlərim var”.