Səudiyyə ƏrəbistanınınKralı Salman bin Adbuləziz əl-Səud xəstəxanaya yerləşdirilib.
"RİA Novosti” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı mətbuatı məlumat yayıb.
Bildirilib ki, krala öd kisəsinin iltihabı diaqnozu qoyulub.
Xatırladaq ki, 2020-ci ilin aprel ayında Səudiyyə Ərəbistanında kral ailəsinin 150-dən çox üzvünün koronavirusa yoluxduğu barədə məlumat yayılmışdı.
Bununla əlaqədar 84 yaşlı Salman bin Adbuləziz əl-Səud Qırmızı dənizdə yerləşən adalardan birində özünütəcrid şəraitində yaşayır.