İran hökumət qurumları İslam İnqilabı Keşikçiləri Korpusunun "Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsində iştirak edən 48 nəfərin siyahısını hazırlayıb.
Bu barədə "Mehr News” agentliyi məlumat yayıb.
Qeyd olunur ki, Q.Süleymaninin öldürülməsində əli olan şəxslərin məsuliyyətə cəlb edilməsi üçün rəsmi Tehran digər ölkələrin rəsmi qurumlarına da müraciət ünvanlayıb.
Xatırladaq ki, 2020-ci ilin yanvarın üçündə İran generalı Qasım Süleymani İraqda ABŞ ordusunun həyata keçirdiyi hava hücumu nəticəsində öldürülüb.