Uhanda yerləşən tədqiqat institutunun virusoloqları yarasaların orqanizmində 1 500-ə qədər müxtəlif növ koronavirus aşkarlayıblar. Onların bir qismigələcəkdə pandemiyaya səbəb ola bilər.
"Sputnik”in məlumatına görə, bu barədə "The Big Picture Science podcast” məlumat yayıb.
Laboratoriyanın əməkdaşları yarasaları ovlayaraq, onların bioloji məlumatlarını toplayıblar. Heyvanların ağız suyu, qan və tullantılarından, ümumilikdə 15 000 nümunə analiz edilib. Araşdırma zamanı materialların 10 faizində "koronavirus kainatı” aşkarlanıb, onlar dondurularaq saxlanılıb.
Alimlər hələ özünü göstərməyən, lakin perspektivi olan bu virusları "saatlı bomba” adlandırıblar.
İndiyə qədər koronavirusun SARS (2003), MERS-CoV (2012–2015) və COVID-19 olmaqla üç növü pandemiyaya səbəb olub.