Türkiyə Prezidentinin Azərbaycana türk əsgərlərinin göndərilməsi barədə fərmanı Türkiyə və Rusiyanın birgə monitorinq mərkəzinin işinin təmin olunmasına aiddir.
Trend-in məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, Azərbaycanın ərazisində fəaliyyət göstərəcək mərkəzə türk hərbçilərini göndərmək lazımdır:
"Bu, Türkiyə qanunvericiliyi ilə nəzərdə tutulmuş daxili prosedurun icra olunması deməkdir və Türkiyənin daxili işidir. Amma Azərbaycan ərazisindəki birgə monitorinq mərkəzinin yaradılması isə Rusiya ilə Türkiyə arasında ikitərəfli razılaşmanın nəticəsidir”.