Rəsmi Kreml Türkiyənin Aya Sofyanın statusu ilə bağlı qərarını bu ölkənin daxili işi hesab edir və ümid edir ki, Türkiyə hökuməti ziyarətgahın əhəmiyyətini nəzərə alacaq.
"RİA Novosti” xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Biz bu barədə şərh verə bilmərik, hesab edirik ki, bu, Türkiyə Cümhuriyyətinin daxili işidir. Bilirsiniz ki, Patriarx Rusiya pravoslav kilsəsinin mövqeyini ifadə edib. Xarici İşlər nazirinin müavini Sergey Verşininin açıqlaması olub. Mən ancaq onu deyə bilərəm ki, sözsüz, biz ümid edirik ki, Aya Sofyanın ümumdünya irs statusu nəzərə alınacaq”, - deyəD.Peskov fikrini tamamlayıb.
Patriarx Kirill əlavə edib ki, müqəddəs Aya Sofya ətrafında baş verənlər bütün xristian sivilizasiyası üçün təhdiddir.
Qeyd edək ki, hazırda Türkiyədə Aya Sofya məbədinin yenidən məscid kimi istifadə olunması barədə fəal müzakirələr gedir.