Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aya Sofiya məbədində qılınan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırıb.
"Son Dakika” xəbər verir ki, Türkiyə prezidenti Aya Sofiyada 86 il sonra qılınan ilk cümə namazında böyük izdihamınyaşandığını qeyd edib.
"Aya Sofiyada qılınan cümə namazında 350 min nəfər iştirak edib”, - deyə, R.T.Ərdoğan vurğulayıb.
Qeyd edək ki, cümə namazında Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı da iştirak edib.