Avropa ölkələri koronavirus pandemiyasının ikinci dalğasına hazırlaşmalıdırlar.
Sabahinfo.az "REN TV"yə istinadən verdiyi məlumata görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosunun direktoru Hans Klyuqe deyib.
H.Klyuqe bildirib: "Mən ikiqat dalğadan çox narahatam: payızda bizdə COVİD-19-un ikinci dalğası və daha bir - mövsümi qrip və ya qızılca dalğası ola bilər".
Avropa koronavirus səbəbiylə tətbiq olunan məhdudiyyətləri yumşaldarkən diqqətli olmalıdır. Hazırda koronavirus pandemiyasının davam etməsinə baxmayaraq, Avropanın 43 ölkəsindən 32-si məhdudiyyətləri yumşaldır.
Direktor qeyd edib ki, izolyasiya koronavirusa əhəmiyyətli təsir göstərməyib, çünki buna qarşı vaksin və ya müalicə yoxdur.