Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Təcili Yardım departamentinin rəhbəri Mayk Rayan koronavirusu nəzarətə götürməyin qeyr-mümkünlüyünü açıqlayıb.
"HaberGlobal” məlumat verir ki, o, bu barədə təşkilatın videokonfrans şəklində keçirdiyi toplantısında deyib.
Mayk Rayan xəstəliyin nə zaman bitəcəyiniheç kimin təxmin etmədiyini qeyd edib:
"Bu, insanın ilk dəfə yoluxduğu yeni virusdur. Buna görə də, virusu nə zaman nəzarətə alacağımızı təxmin etmək çox müşkül məsələdir. Bu virus həyatımızda həmişəlik qala bilər”.
ÜST-ün baş alimi Soumya Svaminathan isə koronavirusu nəzarətə götürmək üçün 4-5 il lazım olduğunu deyib.