"Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" Nazirlər Kabinetinin qərarında dəyişiklik edilməsi barədə qərar verilib.Qərarı baş nazir Artur Rasizadə imzalayıb.
Qərar Maliyyə, İqtisadiyyat və Sənaye, Vergilər, Ədliyyə nazirliklərinin və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq verilib.
Dəyişikliklərə əsasən, dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edən polad istehsalı kompleksinin tikintisi üçün layihə çərçivəsində "Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyətinin təsdiqedici sənədləri əsasında idxal olunan mal və avadanlıqlar əlavə dəyər vergisindən azad edilib.
Bu qərar 2019-cu il yanvarın 1-dək qüvvədədir.