Bu gün prezident İlham Əliyev əfv sərəncamı imzalayacaq.
Bu barədə AzVision.az-a Prezident yanında Əfv komissiyanın üzvü, Xalq şairi Zəlimxan Yaqub məlumat verib. Bildirib ki, siyahıya 100-ə yaxın məhbusun adı salınıb.
"Hörmətli prezidentimiz bu gün məhkumları əfv edəcək. Siyahıda 100-ə yaxın məhkumun adı qeyd olunub. Məhkumların ailələri bayramda sevinəcəklər”.
Tanınmış vəkil Adəm Məmmədov da AzVision.az-a açıqlamasında bu gün əfv sərəncamının veriləcəyini qeyd edib.