Donald Tramp sentyabr ayına qədər büdcəni imzalayıb

ABŞ prezidenti Donald Tramp sentyabr ayına qədər büdcəni imzalayıb.

Sabahinfo.az "RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin nümayəndəsi Sara Sanders bildirib.

Sanders bildirib: "Bildiyimə görə, o, son saat ərzində onu imzalayıb".

Qeyd edək ki, mayın 3-ü ABŞ Konqresinin Senatı Nümayəndələr palatasının ardınca büdcə qanununu təsdiqləyib. ABŞ qanunvericiliyinə əsasən, Tramp iki gün ərzində bu qanunu imzalamalıdır, əks təqdirdə ABŞ federal hakimiyyət orqanları maliyyələşmənin olmadığından işini dayandırmağa məcbur olacaqdır.