Hesablama Palatası hesabat verəcək

Azərbaycan Hesablama Palatasının 2014-cü ildəki fəaliyyətinə dair hesabat Milli Məclisə daxil olub.


Parlamentdən verilən məlumata görə, hesabat aprelin 14-də müzakirəyə çıxarılacaq.

Ali maliyyə orqanının hesabatında ölkədə fəaliyyət göstərən qurumların işində aparılan yoxlamaların nəticələri açıqlanıb.

Hesabatı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edəcək.