İlham Əliyev İrlandiya Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İrlandiya Prezidenti Maykl Higginsə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "İrlandiyanın milli bayramı – Müqəddəs Patrik günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İrlandiya xalqına daim sülh və rifah arzulayıram".