ABŞ-ın xarici siyasəti yalnız xaos və repressiya yayır.
Trend-in məlumatına görə, bunu İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın dövlət katibi Maykl Pompeonun anti-İran bəyanatına cavabında deyib.
Nazir bildirib ki, ABŞ harada peyda olursa, orada xaos, repressiya, haqsızlıq hökm sürür:
"İran Birləşmiş Ştatların "müştəri"lərinə və Pompeonun "insan hüquqları müdafiəçilərinin nümunələri" adlandırdığı keçmiş şah və ya indiki başkəsənlərə oxşamağa başlasa, ölkə cəhənnəmə çevriləcək".
M.C.Zərif ABŞ-ı İranı itirməsi həqiqəti ilə barışmağa çağırıb.