Yaponiyanın "Fukusima-1" AES-də fəsadların aradan qaldırılmasına cavabdeh olan rekonstruksiya naziri Masaxiro İmamura kobud davranışına görə jurnalistdən ictimiyyət qarşısında üzr istəməli olub.
Aprelin 4-də mətbuat konfransında jurnalist nazirin AES-dəki qəza ilə bağlı yaxın rayonlardan köçməyə məcbur olmuş insanlara yardım etmək istəməsi ilə bağlı sual səsləndirib ki, bu da onu əsəbiləşdirib. Nazir jurnalistə cavab əvəzinə: "Zaldan çıx və bir daha geri qayıtma" deyib. Jurnalist onun sözünü yerinə yetirməyib və yenə sualı təkrarlayanda isə nazir ona "Ağzını yum" deyə qışqırıb.
Daha sonra jurnalistdən üzr istəyən nazir deyib: "Həmin vaxt çox emossional olmuşam, üzr istəyirəm".