Rusiya İstintaq Komitəsi Sankt-Peterburqda partlayış törədən terrorçunun adını açıqlayıb.
AzVision.az"TASS"-a istinadən xəbər verir ki, Komitənin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib ki, Sankt-Peterburqda metroda partlayışı qırğız əsilli Rusiya vətəndaşı 1995-cı təvəllüdlü Akberjon Cəlilov törədib.
Onun sözlərinə görə, partlayışı törədən şəxs içərisində partlayıcı qurğu olan çantanı "Ploşşad Vosstaniya” metrostansiyasında qoyub: "Ekspert-kriminalistlər içərisində partlayıcı qurğu olan çantada Cəlilovun genetik izlərini aşkarlayıblar”.
Qeyd edək ki, dünən Sankt-Peterburq metrosunun "Sennaya Ploşşad" stansiyasında qatarda törədilən partlayış nəticəsində 14 nəfər ölüb, 49 nəfər yaralanıb.