Türkiyədə keçirilən bələdiyyə seçkilərində hakim Ədalət və İnkişaf Partiyası (AKP) qələbəyə daha yaxındır.
Seçki qutularının 99,01 faizi açılıb. Bu dəqiqəyə olan nəticəyə əsasən, AKP 44, 42 faiz səslə liderdir. Onun əsas rəqibi CHP isə 30,07 faiz səslə ikinci sırada yer alıb. Digər partiyalar isə 10 faizdən aşağı səs toplaya biliblər.
Paytaxt Ankarada CHP-nin namizədi Mansur Yavaş 50,90 faizlə irəlidədir. AKP təmsilçisi Mehmet Özhaseki 47,06 faiz səs yığıb.
İstanbul meri uğruda da gərgin mübarizə gedir. Hazırda "Cümhur İttifaq"ının namizədi Binəli Yıldırım 48,70 faiz səslə rəqibindən cüzi üstündür. CHP üzvü Ekrem İmamoğlunun faiz göstəricisi 48,65-dir.
***
Türkiyədə keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlanıb.
Artıq seçki qutularının 54,22 faizi hesablanıb.
Son məlumata görə, hakim Ədalət və İnkişaf Partiyası (AKP) 46,67 faiz səslə siyahıda birincidir. İkinici yerdə 30, 95 faiz səs toplayan CHP gəlir.(azvision.az)