ABŞ-ın yeni seçilmiş Prezidenti Co Bayden Donald Trampı televiziyaya çıxaraq nümayişçilərdən Konqresin mühasirəsinə son qoyulmasını tələb etməsini istəyib.
Bu barədə "RİA Novosti” agentliyi məlumat yayıb.
"Prezident Trampı milli televiziya vasitəsi ilə çıxış edərək baş verənlərin bitməsini tələb etməsini istəyirəm. Yetər!”, - deyə C.Bayden qeyd edib.
C.Bayden baş verən hadisələrə görə şok keçirdiyini də etiraf edib.