Ermənilər övladlarının Qarabağda xidmət etməsini istəmirlər - VİDEO

Ermənistanda bir qrup valideyn övladının ölkədən kənarda xidmətə cəlb edilməsinə qarşı çıxıb.

Azvision.azxəbər verir ki, onlar etiraz aksiyası keçirərək hətta yeni çağırışçı olan gənc əsgərlərin də Qarabağ ərazisində xidmətə çağırılması adıyla toplanmasını pisləyiblər.

"Mənim oğlum döyüşlərdə iştirak etmişdi və yaralanıb. Övladım indi Ermənistandadır və onu yenidən Qarabağa aparmaq istəyirlər”, - deyə valideynlərdən biri bildirib. O qeyd edib ki, oğlunun yenidən Xankəndi və ya hansısa Qarabağın təhlükəli zonasına qaytarılmasına icazə vermir.



"Biz ümumiyyətlə uşaqlarımızın Qarabağ ərazilərində xidmət aparmasına qarşıyıq. Qoy bizim balalarımız Ermənistanda qalıb xidmət etsinlər. Tələbimiz budur ki, gənclərimiz öz ölkəmizdə qalsın, hərbi xidmətlərini və müalicələrini də burada davam etdirsinlər. Xüsusilə də indi onlara müharibədən sonra ciddi psixoloji dəstək lazımdır”, - deyə başqa bir valideyn vurğulayıb.

Başqa bir erməni oğlunun psixoloqa ehtiyacı olduğunu deyib:

"Övladım ciddi sarsıntı keçirib canında qorxu var. O hətta gecələr yata da bilmir. Dişini dişə vurur və yuxuda danışır. Onun ciyərlərində də ciddi problem yaranıb və uzunmüddətli müalicəyə ehtiyac var”.

Xatırladaq ki, müharibədə məğlub olan Ermənistan öz qoşunlarını Azərbaycan torpaqlarından tam şəkildə çıxarmaq məcburiyyətində qaldı. Lakin son günlərdə oğlu itkin düşən valideynlərin etirazından bəlli olur ki, hələ də dağlarda başsız qalan erməni hərbçiləri var. Ermənistanda isə erməni hərbçilərin yenidən Qarabağın bəzi bölgələrində hərbi xidmətə aparılacağı ilə bağlı söz-söhbətlər yayılıb. Valideynlər bu cür çağırışlardan narahatdırlar.