Konqres Baydenin qələbəsini təsdiqlədi

ABŞ Konqresi hər iki palatanın birgə iclasında Cozef Baydenin prezident seçkilərindəki qələbəsini təsdiqləyib.

Bu barədə "TASS” məlumat yayıb.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri ötən il 3 noyabrda keçirilib. Seçkilərin nəticələrinin təsdiqlənməsi ərəfəsində Vaşinqtonda Donald Tramp tərəfdarlarının etiraz aksiyası keçirilib. Polislə toqquşma nəticəsində 4 nəfər ölüb, 52 nəfər saxlanıb.

Baydenin yanvarın 20-də andiçmə mərasimi olacaq.