Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Qətər Dövlətinin nəqliyyat naziri Cassim Saif Əhməd Al-Sulaitini qəbul edib.
Nazir Cassim Saif Əhməd Al-Sulaiti ölkəmizdə mövcud olan müasir nəqliyyat infrastrukturunun onda dərin təəssürat yaratdığını bildirdi, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün Azərbaycanın müvafiq qurumları ilə danışıqlar aparıldığını dedi. Azərbaycanla əməkdaşlıq üçün böyük imkanların olduğunu qeyd edən nazir səfərinin bu məsələləri müzakirə etmək üçün yaxşı fürsət yaratdığını vurğuladı.
Dövlətimizin başçısı ölkəmizdə regional nəqliyyat infrastrukturu yaradılması istiqamətində mühüm işlər görüldüyünü, bu sahədə uğurlar əldə edildiyini dedi. Azərbaycan ilə Qətər Dövləti arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirən Prezident İlham Əliyev bu sahədə perspektivləri müəyyənləşdirməyin və birgə səyləri artırmağın vacibliyini qeyd etdi.