Şimali Koreyada 138 nəfər daşqınların qurbanı olub, azı 400 nəfər itkin düşüb.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yerli mətbuatın məlumatına əsasən, Hamgen-Pukto əyalətində 70 minədək sakin evsiz qalıb.
Məlumata görə, çadırlarda məskunlaşan zərərçəkənlər ərzaq məhsulları və içməli su çatışmazlığından çətinlik çəkirlər. Qeyd olunan rayonda yaxın günlərdə -15 dərəcə şaxta olacağı proqnozlaşdırılır.