"Bank of Baku" ASC-nin İdarə heyəti sədrinin müavini, idarə heyəti sədrinin vəzifələrini müvəqqəti icra edən Zaur Qaraisayev bu gün bankdakı vəzifəsini tərk edib.
Sabahinfo.Az xəbər verir ki, bu barədə Trend-ə bankdan məlumat verilib.
Məlumata görə, Z.Qaraisayev Beynəlxalq Bankın törəmə şirkəti "ABB-Moskva" bankının Müşahidə Şurasının sədri təyin olunub. Bu məlumat "ABB-Moskva" tərəfindən hələlik təsdiq edilməyib.
O bu vəzifədə Elmir Həbibullayevi əvəz edib.