"Ermənistanı real iqtisadi fəlakət gözləyir"

"Ermənistanı yaxın zamanda real iqtisadi fəlakət gözləyir". sabahinfo.az saytı xəbər verir ki, APA-nın  "aysor.am”-a istinadən verdiyi məlumata görə, bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bildirib.

 

"Rejim idarəçilik sisteminin islahatlaşdırılması və seçki prosesinin səhnələşdirilməsi ilə məşğul olduqca, ölkənin yaxın zamanda real iqtisadi fəlakətlə üzləşməsi gözlənilir. Bu mərasimlər dövlətin sağlamlaşdırılmasına deyil, iqtidarın hakimiyyətini möhkəmləndirməyə və əbədiləşdirməyə xidmət edir”, - deyə o qeyd edib.