Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) aktivlərində manatla ifadədə pul kütləsinin yaranması müvəqqəti xarakter daşıyır.
Trend-in məlumatına görə, bunu SOFAZ-ın icraçı direktoru Şahmar Mövsümovmətbuat konfransında bildirib.
Onun sözlərinə görə, SOFAZ-ın aktivlərində manatla ifadədə pul kütləsinin yaranması müvəqqəti xarakter daşıyır və fondun təsdiq edilmiş büdcə çərçivəsində apardığı konvertasiya əməliyyatları ilə bağlıdır: "Yaranmış manat kütləsi ilin sonunadək dövlət büdcəsinə köçürüləcək".