ABŞ-da "Metyu” qasırğasının qurbanlarının sayı 38-ə çatıb.
Ölüm hadisəsi ən çox Şimali Karolinada qeydə alınıb. Burada 19 nəfər qasırğa nəticəsində dünyasını dəyişib.
Qasırğaların izlənməsi üzrə milli mərkəzdən bildiriblər ki, "Metyu” qasırğası getdikcə zəifləyir.
Qeyd edək ki, Metyu 2007-ci ildən bəri Atlantikada müşahidə edilən ən güclü qasırğa olub