Avropa Parlamentinin (AP) iki ən böyük fraksiyasının liderləri Avropa İttifaqını Türkiyənin bu quruma daxil olması ilə bağlı danışıqları dayandırmağa çağırıb.
sabahinfo.Az-ın məlumatına görə, bu barədə Reuters xəbər verir.
"Bizim Türkiyəyə ismarıcımız tam aydındır: bu ölkənin Aİ-yə daxil olması barədə danışıqlar dərhal dondurulmalıdır”, - sağ-mərkəz yönümlü Avropa xalq partiyasının lideri Manfred Veber bəyan edib.
"Biz Türkiyə ilə danışıqların dayandırılmasını istəyirik” - sosialistlərin lideri Canni Pittella deyib.
Deputatlar öz mövqelərini Türkiyədə 15 iyul 2016-cı il hadisələrindən sonra aparılan araşdırmalar zamanı Türkiyə vətəndaşlarının haqlarını pozulması və dövlət strukturlarında kütləvi ixtisarların qəbuledilməz olması ilə əlaqələndirirlər.