Avtobusda tutacaq yeri yoxdur, üstəlik də salonu natəmiz vəziyyətdədir

Avtobusda sərnişinlərin tutacaq yeri çıxarılıb. Sürücü yüngül əyləci sıxdığı zaman sərnişinlər yıxılıb xəsarət ala bilər.

Başqa avtobusda isə, sınan şüşənin qırıntıları avtobusa yayılıb. Ancaq, üstündən bir gün keçsə də təmizlənmiyib. Bəzi avtobusların içi hətta zibillik kimidir.

sabahinfo.Az xezerxeber.com-a istinadən bildirir ki, söhbət Bakıda fəaliyyət göstərən 30, 32 və 46 saylı marşrut avtobuslarından gedir. 30 saylı marşrutdakı avtobus sürücüsünün dediyinə görə, şüşə ötən gün sınıb.

30 saylı marşrut avtobusunda isə, sərnişinlərin tutacaq yeri çıxarılıb. Sürücü isə, heç nədən xəbərinin olmadığını deyir.

Problemlərlə bağlı hər üç marşrutun sahibindən mövqe öyrəndik.

Bakı Nəqliyyat Agtentliyi isə sahibkarları agentliyə dəvət edərək onlara xəbərdarlıq edib.