Dövlət Statistika Komitəsi məlumat yaydı.
Bu ilin yanvar-may ayları ərzində Azərbaycana 2233 ədəd avtomobil idxal edilib.
sabahinfo.az Report-a istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 13 262 ədəd avtomobil və ya 6,94 dəfə azdır.
Məlumata görə, sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 465 ədəd, yaxud 15,5 dəfə azalaraq 32 ədəd olub.
Əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 11973 ədəd, yaxud 86,06%, yaxud 7,17 dəfə azalaraq 1 939 ədədə düşüb.
DGK-nın açıqlamasında deyilir ki, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 2015-ci ilə nisbətən 748 ədəd, yaxud 78,57%, yaxud 4,7 dəfə azalaraq 204 ədəd təşkil edib.
Qurum həmçinin xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxal sayında da azalma olduğunu elan edib. Belə ki, 2015-ci ilə nisbətən 2016-ci ildə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı 76 ədəd, yaxud 56,72%, yaxud 2,3 dəfə azalaraq 58 ədəd olub.