Azərbaycandan külli miqdarda pul çıxarılmasının qarşısı alınıb

Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük postunun piyada keçid xəttindən istifadə etməklə Rusiyaya gedən Azərbaycan vətəndaşının  əl yükünə rentgen cihazı vasitəsilə baxış keçirilib.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, yoxlama zamanı 2 ədəd polietilen bağlamadan əvvəlcədən gömrük orqanına bəyan olunmayan 225 ədəd 5000-lik, 615 ədəd 1000-lik və 520 ədəd 500-lük əsginaslar olmaqla ümumilikdə 2 milyon rus rublu aşkar edilərək götürülüb.