Bağdadı qana boyayan boynuna aldı

İŞİD terror qruplaşması Bağdadda törədilən terror aktına görə məsuliyyəti öz üzərilərinə götürüb.

sabahinfo.Az APA-ya istinadən xəbər verir ki,  bu barədə Reuters məlumat yayıb.
 
Terror aktı bu gün səhər saatlarında terrorçu-kamikadze tərəfindən məsciddə törədilib. Nəticədə ən azı 32 nəfər ölüb, 50 nəfər yaralanıb.