Bağlanan banklar üzrə 718 milyon manatdan artıq kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu tərəfindən dekabrın 16-da "Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 milyon 907 min manat (ümumi kompensasiya öhdəliyinin 98 %-i ), "Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 52 milyon 383 min manat (ümumi kompensasiya öhdəliyinin 72%-i), "Kredobank” ASC-nin qorunan əmanətçilərinə  27 milyon 770 min manat (ümumi kompensasiya öhdəliyinin 98%-i) və "Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 021 min manatdan (ümumi kompensasiya öhdəliyinin 96 %-dən artıq) artıq kompensasiya ödənilib.

 

Fonddan Lent.az-a verilən məlumata görə, hər 4 bank üzrə ümumilikdə 126 miyon 081 min  manatdan  artıq  kompensasiya verilib. 

 

16 dekabrda "Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 269 min manat (ümumi kompensasiya öhdəliyinin 97 %-dən artıq), "Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 944 min manatdan (ümumi kompensasiya öhdəliyinin 92 %-i) artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 16 milyon 213 min manatdan artıq kompensasiya verilib. 

 

Bundan başqa, dekabrın 16-da "Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 148 min (ümumi kompensasiya öhdəliyinin 97 %-i), "Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 976 min manat (yəni ümumi kompensasiya öhdəliyinin 94 %-i), "Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120  milyon 050 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98 %-i) kompensasiya ödənilib.  3 bank üzrə ümumilikdə 145 milyon 174  min manatdan artıq kompensasiya verilib. 

 

Həmçinin, 16 dekabr tarixdə QSC "Bank Standard” KB-nin qorunan  əmanətçilərinə  430  milyon  534  min  manatdan artıq  kompensasiya  ödənilib.  Belə ki, ümumi kompensasiya öhdəliyinin 97%-i əmanətçilərə ödənilib.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 718 milyon 002 min manatdan artıq kompensasiya verilib.