Bu ilin yanvar-may aylarında nəqliyyatçılar 749,2 milyon sərnişinə xidmət göstəriblər.
sabahinfo.az AZƏRTAC-a istinadən bildirir ki, Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən verilən məlimata görə, sərnişinlərin 87,6 faizi avtomobil nəqliyyatı, 12,2 faizi metro, qalanları isə digər nəqliyyat növləri ilə daşınıb. Beş ayda daşınan sərnişinlərin sayı 2015-ci ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz çox olub.