"Boko Haram” terror təşkilatı Nigeriyanın şimal-şərqində həyata keçirdiyi hücumlar nəticəsində 22 qızı qaçırıb.
Trend-in məlumatına görə, terrorçular ard-arda iki hücum həyata keçirib.
Birinci hücum zamanı 18 qız qaçılırılıb. Qısa müddət sonra baş verən ikinci hücum zamanı daha 4 nəfər qaçırılıb.
Məlumatda qeyd olunur ki, yerli sakin girovlardan birinin azad olunmasına tələb edilən pulu ödəmədəyi üçün silahlılar tərəfindən öldürülüb.
Qaçırılan qızların vəziyyəti barədə hər hansı bir məlumat verilməyib.