Böyük Britaniyanın Baş naziri Boris Conson Avropada koronavirus infeksiyasının yayılmasının ikinci dalğasının əlamətlərinin müşahidə olunduğunu açıqlayıb.
Bu barədə "Sky News” məlumat yayıb.
"Gəlin, Avropada, bizim avropalı dostlarımız arasında baş verənlərlə bağlı tam səmimi olaq. Qorxuram, bəzi yerlərdə biz pandemiyanın ikinci dalğasını görməyə başlayırıq”, - deyə B.Conson bildirib.