Dağıstanın Şamil rayonunda federal məhkəmənin hakimi Ubaydulla Maqomedov qətlə yetirilib.
sabahinfo.az APA-ya istinadən xəbər verir ki, hakim naməlum şəxslər tərəfindən öldürülüb.
Hadisə yerində istintaq-əməliyyat qrupu çalışır. Cinayətkarların müəyyən olunması və saxlanılması istiqamətində tədbirlər görülür.