Dolların məzənnəsi təəccübləndirdi

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Sonxeber.az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 26-sı ilə müqayisədə dəyişməyərək 1,6291 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,1% möhkəmlənərək 1,7753 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 26-sı ilə müqayisədə 1,15% ucuzlaşaraq 0,0259 manat səviyyəsinə enib.

Türkiyə lirəsinin məzənnəsi isə 0,53% zəifləyərək 0,5272 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9895 manatdır. Beləliklə, funt sterlinq 0,4%-lik artım nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi dəyişməyərək 0,6802 manat təşkil edib