İnsan tarixi hadisələr barədə məqalə və ya oçerk oxuyarkən, bunun necə baş verdiyini təxəyyülündə canlandırır.
Fotoşəkillər sayəsində əbədi olaraq keçmişdə qalan bəzi məkanları və məqamları vizuallaşdırmaq olar.
sabahinfo.Az bigpicture.ru-ya istinadən dünya tarixi haqqında təsəvvürünü dəyişəcək 25 fotoşəkili təqdim edir.
Gizada Böyük piramida zirəsində günəşlənən turist qrupu.
1955-ci ildə Disneylendin açılışında xoşbəxt Uolt Disney.
"Titanik”in möhtəşəm yemək zalı.
1888-ci ildə Eyfel qülləsinin tikintisi.
Xirosimaya nüvə bombası atıldıqdan sonra insan kölgəsi.
1925-ci ildə Los-Ancelesdə Hollywoodland işarəsi.
1973-cü ildə Sidney opera teatrının inşaatı.
1971-ci ildə Nyu-Yorkda Dünya ticarət mərkəzinin qüllələrinin tikintisinin başlanğıcı.
1953-cü ildə Las-Veqasda nüvə bombasının sınağını birinci sıradan izləyən turist qrupu.
1961-ci ildə Berlin divarının o biri üzündə qalan nənə və babaya yeni doğulan körpələrini göstərən cütlüklər.
Amerikalı hindu 1971-ci ildə hindular tərəfindən zəbt edilən Alkatras həbsxanasının damında.
1882-ci ilin qışında Azadlıq heykəlinin sol əlini Parisdə yığırdılar.
1945-ci ildə "B-25” bombardmançısının çırpıldığı Empayr-steyt-bildinqin dağılmış divarı.
1890-cı ildə Fudzi dağı fonunda yelkənli qayıqda olan yapon.
1940-cı ildə dekabrın 29-da alman aviasiyasının hücumundan sonra Londonda meydana çıxan xarabalıqlar.
İkinci Dünya müharibəsi dövründə Londonda Milli qalereyanın boş zalları: bütün şəkilləri nasistlərdən gizlətmişdilər.
Nasist Almaniyası üzərində qələbə şərəfinə 1945-ci ildə keçirilən atəşfəşanlıq.
XIX əsrin sonunda Londonda tikintisi başa çatmayan Tauer körpüsü.
1930-cu ildə Raşmor dağında heykəl. Həmin an dağdan 500 ton qranit çıxarılmışdı.
Arxeoloq Hovard Karter 1923-cü ildə qəbri açılmış Tutanxamonun qızıl sərdabəsini nəzərdən keçirir.
Quvervill Böyük durğunluq dövründə Nyu-Yorkun mərkəzi parkında.
Niaqara şəlaləsində torpağın erroziyası ilə əlaqədar tədqiqat aparmaq üçün 1969-cu ildə suyun qarşısı alınmışdır.
1930-cu ildə San-Fransiskoda inşa edilən Qızıl darvaza körpüsü fonunda balıqçılıq edən kişilər.
1966-cı ildə Nyu-Yorkda Medison-skver-qardenin tikintisi.
1859-cu ildə Vaşinqtonda Kapitoliyanın gümbəzi qoyulmadan öncə tikintisi.