Fransada polis 52 kq kokain oğurlayıb

Parisdə kriminal polisin binasından 52 kq kokainin oğurlanması faktı üzrə cinayət işinin istintaqı başa çatıb. sabahinfo.az saytı xəbər verir ki, APA-nın "Frans Press”ə istinadən verdiyi məlumata görə, narkotik vasitənin oğurlanmasında polis əməkdaşı ittiham olunub.  

 

Qeyd edək ki, 2014-cü ilin iyulunda polis əməliyyatı zamanı qanunsuz dövriyyədən 52 kq narkotik vasitə olan kokain müsadirə edilib. İyulun sonunda maddi sübut kimi polis idarəsində saxlanılan narkotik vasitənin yoxa çıxdığı müəyyən edilib. Paris prokurorluğunun və şəhər polis idarəsinin keçirdiyi daxili istintaq nəticəsində kokainin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı  Conatan Qiyo tərəfindən oğurlandığı məlum olub.      

 

İstintaq zamanı müəyyən edilib ki, Conatan Qiyo Parisdə və Şərqi Pireney departamentində bir neçə mənzil alıb. Onun mənzilinə baxış zamanı 200 min avrodan çox pul aşkarlanaraq götürülüb. 

 

Cinayət işi üzrə istintaqa 11 nəfər cəlb olunub.