Hakerlər Fransa prezidenti Fransua Ollandın "Feysbuk” sosial şəbəkəsindəki səhifəsini dağıdıblar.
Hakerlər prezidentin səhifəsini dağıdaraq, orada onun istefası ilə bağlı "ziyafətə dəvətnamə” paylaşıblar.
Dəvətnamədə "ziyafət”in mayın 7-də Yelisey sarayında keçiriləcəyi vurğulanır. Bu postu prezidentin səhifəsindən bir saatdan sonra silmək mümkün olub.
Fransa prezidentinin administrasiyası insidenti şərh etməkdən imtina edir.(azvision)